Azərbaycandan ABŞ və İrana ÇAĞIRIŞ 

16:20 22.06.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Amerika Birləşmiş Ştatlarının İran İslam Respublikasındakı nüvə obyektlərini hədəfə alan hərbi əməliyyatlarından sonra vəziyyətin daha da gərginləşməsindən dərin narahatlığımızı ifadə edirik.

Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin ABŞ-ın İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanatında bildirilib.

"Bütün tərəfləri təmkinli olmağa, vəziyyəti daha da gərginləşdirməkdən çəkinməyə, mövcud problemlərin həlli üçün dialoq və diplomatiyaya üstünlük verməyə çağırırıq", - deyə bəyanatda bildirilib.